Niyə məhz Dynamics 365 for Sales şirkətlər üçün ən yaxşı CRM həllidir?

“Məlumatları necə topladığınız, necə idarə etdiyiniz və necə istifadə etdiyiniz – qazanmağınızı və ya itirməyinizi birbaşa təyin etməkdədir.”  Bill Gates 

CRM nədir?

CRM müştəri əlaqələrinin idarə olunması deməkdir.

Bu, müştərlərlə qarşılıqlı əlaqələrinizi və satiş fəaliyyətlərinizi yaxşılaşdırmağa xidmət edən birləşdirilmiş məlumatların idarə etdiyi proqram həlləri toplusudur.

İnsanlar CRM haqqında danışarkən, adətən, CRM sistemini kontaktların idarə olunduğu bir informasiya mənbəyi nəzərdə tuturlar, ancaq CRM, təşkilatların satış idarəçiliyi, iş məhsuldarlığı, marketinq, müştərilərlə və potensial müştərilərlə qarşılıqlı əlaqələrini idarə etmək üçün bir strategiyadır.

CRM, istifadəçilərə öz təşkilatlarının müxtəlif fərdlər – müştərilər, xidmət istifadəçiləri, həmkarları və təchizatçılar ilə əlaqələrinə diqqət yetirməyə kömək edir.

CRM bir strategiya olaraq – biznes əlaqələrini idarə etmək və yaxşılaşdırmaq kimi sadə məqsədi olan bir biznes fəlsəfəsidir.

Müxtəlif biznes funksiyaları olan əməkdaşlar CRM-dən necə faydalana bilərlər?

  • CRM ənənəvi olaraq satış və marketinq vasitəsi olsa da, müəsisənin fərqli biznes funksiyaları olan
  • Marketinq, Müştərilərə xidmət, Kadrlar idarəçiliyi və Təchizat kimi sahələri də müəyyən faydalar əldə edə bilərlər.
  • Satış qrupları satış kanallarını daha yaxşı başa düşmək üçün CRM-dən istifadə edə bilərlər.
  • Satış menecerləri, fərdi komanda üzvlərinin satış hədəflərinə nail olmaqda müvəffəqiyyətləri haqqında etibarlı məlumat əldə edə, məsələn, bu və ya digər satış qruplarının, məhsul və kampaniyaların necə effektiv işlədiyini görə bilirlər.
  • Marketinq qrupları proqnozlaşdırmanı daha asan və daha doğru etmək üçün CRM-dən istifadə edə bilərlər.
  • Hər bir marketinq aksiya və kampaniyasının effektivliyini CRM sistemindən konkret nəticələrlə, eləcə də sosial şəbəkələrdən inteqrasiya olunmuş məlumatlarla analiz etmək mümkündür.
  • CRM – sosial şəbəkələrdə müştərilərin fəaliyyətindən – onların sevdiyi və sevmədiyi məlumatları, habelə xüsusi markalar və şirkətlər haqqında fikirlərini avtomatik olaraq CRM sistemə inteqrasiya etməklə zamanında reaksiya verməyinizə imkan yaradır.
  • Müştəri xidmətləri müştərilərlə aparılan dialoqları effektiv şəkildə izləyə bilər.
  • Təchizat departamentinin əməkdaşları, tədarükçü və tərəfdaşlarla münasibətləri daha yaxşı idarə edə bilərlər. Onlar təchizatçı və tərəfdaşlarla olan görüşləri təqib edə bilər, gələn tələbləri və faydalı qeydlər əlavə edə bilər, eləcə də planlaşdırma tədbirləri aparmaqla gözlənilən sonrakı addımlar gündəmə gətirə bilərlər.
  • HR departamenti namizədlərin idarəetmə prosesini avtomatlaşdırılmaq, işəgötürmə prosesini sürətləndirmək və işçilərin effektivliyini izləmək üçün CRM-dən istifadə edə bilər.
  • CRM, uyğunlaşma prosesinin sürətləndirilməsi, namizədlərin idarəetmə prosesinin avtomatlaşdırılması, resurs tələblərinin təhlili və bacarıqların boşluqlarının müəyyən edilməsi və saxlama məqsədlərinin əldə olunmasına dəstək verməklə HR funksiyalarına kömək edə bilər.

CRM-nin əsas faydaları nələrdir?

Müştərilərlə qarşılıqlı əlaqələr haqqında məlumatların toplanması və sistemləşdirilməsi, onları hər kəs üçün əlçatan və faydalı hala gətirmək və bu məlumatların təhlilini asanlaşdırmaqla, CRM şirkətlərə bir çox üstünlüklər təmin edir.

  • Bu faydaları aşağıdakı kimi xülasələndirə bilərik:
  • Kontaktların mükəmməl idarə edilməsi
  • Müxtəlif işçi qrupları arasında əməkdaşlıq
  • Əməkdaşların məhsuldarlğının artırılmasi
  • Güclü satış idarəetməsi
  • Satış dəqiq proqnozlaşdırması
  • Etibarlı və hərtərəfli hesabat
  • Satış göstəricilərinin yaxşılaşdırılması
  • Müştəri məmnuniyyətinin artırılması.
  • Marketinqin rentabelliyinin artırmaq
  • Məhsul və xidmətlərin genişləndirilməsi

Şirkətlər CRM həllini hansı məsqdlər üçün tətbiq edirlər?

CRM həlləri satış, marketinq və xidmət şöbələrində inzibati prosesləri nizamlamaqla qazancınızı artırır və müştəri əlaqələrinə daha çox diqqət yetirməyə imkan verir.

Güclü CRM həlli müştərilərlə münasibətlərin inkişafı, təkmilləşdirilməsi və saxlanılması üçün hər xırda detalın vacib olduğu çoxtərəfli bir platformadır. İnteqrasiya edilmiş CRM həllinin dəstəyi olmadan, siz biznes əlaqələrinizi və ya satışlarınızı optimallaşdırmadığınız üçün böyümə imkanlarından məhrum olur və gəlirinizi itirirsiniz.

Təsəvvür edin ki, yanlış bir müştəri məlumatı, rəqib şirkətə nisbətdə kiçik bir gecikmənin belə bu müştərinin itirilməsinə gətirib çıxarır.

Və ya iki ən yaxşı əməkdaşınız eyni potensial satiş imkanı üzərində çalışır, bu müştərinin qıcıqlanmasına və ya satıcılarınız arasında düşmənçilik səviyyəsində rəqabətə gətirib çıxarır. Mərkəzləşdirilmiş və avtomatlaşdırılmış CRM sistemi olmadan, işçiləriniz müştərilərlə əlaqəni itirə və iş imkanlarını əldən buraxa bilərlər.

Kiçik biznes böyüməyə çalışır.

Əgər bazarda rəqabət üstünlüyü qazanmaq istəyirsinizsə, bunun üçün CRM həlli ən yaxşı vasitə ola bilər. CRM, iş proseslərinizi avtomatlaşdıraraq, IT-resursların idarə olunmasının yükünü sizin işçilərinizdən alaraq, onların daha vacib olan məsələlərə diqqət yetirməsinə və işlərini uğurla başa çatdırmağa imkan yaradır.

Sektor liderləri miqyaslana bilən həllərə ehtiyac duyurlar.

Ehtiyaclarınıza uyğun ölçüləbilən bir CRM komponentləri dəsti ilə ən mürəkkəb müştəri əlaqələrini sadələşdirə və təkmilləşdirə bilərsiniz.

Qlobal şirkətlər üçün CRM, dünya bazarlarında yeni müştərilərlə əlaqə qurmaq və qlobal miqyasda satışlardan əldə olunan mənfəət deməkdir. Qazanılan yeni müştərilərlə ünsiyyət yaxşılaşdıqdan sonra, indi potensial müştəriləri daha effektiv izləyə bilərsiniz və nəticədə satışlarınızı daha da artıra bilərsiniz.

Niyə CRM həlli olaraq məhz Dynamics 365 seçməlisiniz?

One Microsoft – yalnız Dynamics CRM, Outlook, Yammer, Skype for Business, Excel, OneNote, SharePoint və Sosial Insights kimi bir çox Office 365 komponenti ilə təbii inteqrasiya ilə çalışır.

CRM Online və Office 365, istifadəçilərin idarə olunması üçün ümumi bir xidmət paneli istifadə edərək, daha təhlğkəsiz və asan idarəetmə təqdim edir.

Power BI, Microsoft Dynamics CRM məlumatlarından anlıq olaraq çox qiymətli məlumatların, qanunauyğunluqların ortaya çıxarılmasına imkan verir.

Performans və hazırlıq

DVP # 1-də təsvir edilən təcrübəli Office 365 ilə intuitiv, istifadəçi idarə edən qarşılıqlı proses yerləşdirmə səmərəliliyini və satış performansını yaxşılaşdırır. Proses sürücüsü UX rahatlıq təmin edir, bu da bir çox prosesləri rahatlıqla uyğunlaşdırmaq imkanı verir.

Əsnək lisenziyalaşdırma, innovativ platforma və təhlükəsizlik

Dynamis 365 CRM on-premise, onlayn və ya hibrid ssenarilərdə, ikili istifadə (Dual Rights) hüquqları ilə istifadə etmək imkanı tanıyır.

Microsoft, onlayn CRM versiyalarını əsnək lisenziyalaşdırma variantları təklif edir. Microsoft Azure bulud platformasında daima əlçatan və tam təhlükəsiz bir SaaS modeli ilə istifadə öhdəliyi, həmçinin heç bir infrastuktur xərci çəkmədən, hər istifadəçiyə ayda sadəcə 65-dollar ödəməklə istifadə imkanı yaradır.

Dynamics 365 CRM platformadan azad bir həll olub, Windows, iOS, Android əməlliyyat sistemli istənilən qurğuda istifadə edilə bilir.

Microsoft Azure 54 regionda 100-dən çox data mərkəzinin birləşdiyi qlobal bulud infrastrukturu kimi 99.9% xidmət səviyyəsinə (SLA), eləcə də beynəlxalq sazişlər və sertifikatlarla təsdiqlənmiş şəffaflıq və etibarlılığa sahibdir.

Dynamics 365 ilə, siz, biznes ehtiyaclarınıza uyğunlaşdırılmış çevik bir həll alırsınız. Müəyyən bir sənayenin ehtiyaclarını ödəmək üçün Dynamics 365 ailəsindən vahid bir proqram seçə bilər və ya güclü inteqrasiya edilmiş, ayrı ayrılıqda müstəqil həll kimi və birlikdə işləyən bir neçə CRM tətbiqini istifadə edə bilərsiniz.

Marketinq: İşlərinizin seyrini dəyişdirin.

  • Çox kanallı marketinq kampaniyaları yaradın, potensial müştəriləri müəyyən edin və satış və marketinq şöbələrinizi, mövcud tətbiqlərinizlə və xidmətlərinizlə inteqrasiya edən planlaşdırma və izləmə vasitələriylə birləşdirin.

Satışlar: Satıcıların müştərilərə olan marağını artırın

  • Müştərilərin ehtiyaclarını daha yaxşı başa düşmək, daha səmərəli fəaliyyət göstərmək və daha çox satiş etmək üçün klassik satış anlayışından kənara çıxın. Tətbiqin hazır satış alətlərindən istifadə etməklə daha asan satış edin, münasibətləri yaxşılaşdırın, məhsuldarlığı və satışın sürətini artırın, müasir və özəl iş proseslərinizə uyğunlaşa bilən bir platformada işləyin. Müştəri əlaqələrini izləmək və satış strategiyasını təyin edən kontekstli ipuçları ilə satışları avtomatlaşdırmaq üçün Süni intellektdən (Aİ) istifadə edin.

Müştəri Xidmətləri: Hər hansı bir kanaldan müştərilərinizə asanliqla cavab verin

  • Mövcud sistemlərinizlə işləmək bacarığı ilə bərabər, hər hansı bir kanalda idarə olunan, ağıllı xidmətlər və çevik dəstək təmin edin. Müştərilərinizi və əçəkdaşlarınızı məsələləri istənilən vaxt tez və dəqiq şəkildə həll edilmələri üçün lazım olan vasitələrlə təmin edin.

Gartner Magic Quadrantında Microsoft CRM Liderlər kateqoriyasında həll seçilmişdir.

Gartner beynəlxalq araşdırma şirkəti Magic Quadrant tədqiqatında Microsoft-u müştərilərlə qarşılıqlı əlaqə mərkəzlərinin seqmentində vizyonun tamlığı və tətbiqi imkanları səbəbi ilə CRM həlli üçün Liderlər kateqoriyasına növbəti dəfə daxil etmişdir.